“İrs” jurnalının xorvat dilində növbəti buraxılışı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, jurnalda Azərbaycan reallıqları, habelə ölkəmizin milli–mədəni mirası, o cümlədən tarixi və mədəniyyəti haqqında məlumatlar təqdim edilib. Jurnalda, həmçinin Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm ənənələri, Azərbaycanın tarixi memarlıq abidələri, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terror, Qarabağın tarixi, xristian irsi, eləcə də maddi-mədəni irs nümunələri haqqında məqalələr yer alıb.
Qeyd edək ki, “İrs” jurnalı xalqımızın tarixi, mədəniyyəti, incəsənəti və milli-mədəni irs nümunələrinin təbliğində, həmçinin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb