“Politico”: Brüsseldə Ukraynaya sülhməramlıların göndərilməsi məsələsi müzakirə olunacaq

post-img

Avropa İttifaqının xarici işlər nazirləri dekabrın 16-da Brüsseldə keçiriləcək görüşdə Ukraynaya sülhməramlıların göndərilməsi imkanını müzakirə edəcəklər.

AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə adı açıqlanmayan diplomatlara istinadla məlumat yayıb. Onların sözlərinə görə, Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı müzakirələr “konseptual səviyyədə” aparılır.

Reuters agentliyi isə öz növbəsində Kiyev və Moskva arasında atəşkəs razılaşmasına nail olunacağı təqdirdə sülhməramlıların Ukraynaya göndərilib-göndərilməyəcəyi ilə bağlı Avropa İttifaqı ölkələrinin hələlik konsensusa gələ bilmədiyini yazıb.

Dünya