Almaniyada yaşayan azərbaycanlı bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas alim Xədicə Zeynalova kimi Almaniyanın Musiqi İfaçılığı və Hüquqlarının İdarə Edilməsi Cəmiyyətinin (GEMA) Müşahidə Şurasının və İdarə Heyətinin qərarı ilə fəxri üzv seçilib.
2007-ci ildən bu təşkilatın üzvü olan Xədicə Zeynalova 2025-ci ilin yanvarın 1-dən fəxri üzv adı daşıyacaq. O, bu statusa layiq görülmüş ilk azərbaycanlı qadın bəstəkardır. Hazırda GEMA təşkilatının 90.000 üzvü, 5.000 fəxri üzvü var.
Qeyd edək ki, Xədicə Zeynalova Detmold Konservatoriyasının və Paderborn Universitetinin dosenti, “Bridge of Sound” (Səsin körpüsü) orkestrinin və “Harmony of Sound” (Səsin harmoniyası) adlı Beynəlxalq Musiqi Festivalının yaradıcısı – bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının, “Qadınlar musiqidə” Beynəlxalq Alyansının üzvüdür. Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalına layiq görülüb. Almaniyada 2024-cü ilin ən yaxşı bəstəkarı seçilib. Əsərləri ABŞ, Almaniya, Avstriya, Böyük Britaniya, Fransa, İsveçrə, İtaliya, Kanada, Oman, Türkiyə, Yunanıstan və digər ölkələrdə səsləndirilir.