COP29 şənlikləri

post-img

Paytaxtın konsert salonlarında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş konsert keçirilib.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərlik etdiyi Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə baş tutub. Solistlər Səid Məmmədov (skripka) və İrina Mehdiyeva (piano) olublar.

Konsert proqramına klassik musiqi şedevrləri və müasir musiqi ənənələrini ahəngdar şəkildə birləşdirən əsərlər – Cakomo Puççininin, Vaqif Mustafazadənin Antonio Vivaldinin, Robert Fuksın musiqiləri daxil edilib.

Beynəlxalq Muğam Mərkəzində isə Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor Mustafa Aşurov) Milli Dirçəliş Günü münasibətilə konsert proqramı təqdim edilib.

COP29-a həsr olunmuş konsertlər çərçivəsində təqdim edilən proqramda Xalq artisti Gülnaz İsmayılova, beynəlxalq və respublika müsabiqələri laureatları Rəvanə Qurbanova, Günay İmamverdiyeva, Zabitə Əliyeva, Orxan Hüseynli, Seymur Həsənsoy, Anar Yusub, Rəvan Qaçayevin ifalarını tamaşaçılar alqışlarla qarşılayıblar.

Konsertdə Fikrət Əmirov, Hacı Xanməmmədov, Oqtay Kazımi, Aşqin Əlizadə, Süleyman Ələsgərov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Xan Şuşinski, Ələkbər Tağıyev və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Ə.ƏLİYEV
XQ

Mədəniyyət