Türkiyədə keçirilən ənənəvi Trabzon Beynəlxalq Ədəbiyyat Festivalında AYB-nin sədri, Xalq yazıçısı Anar “Yaşayan ədəbi dəyərlər” medalı ilə təltif edilib.
Builki mövzusu “İz və məkan” olan söz-sənət bayramında yerli valiliyin və bələdiyyənin rəsmiləri, çoxsaylı xarici qonaqlar iştirak ediblər. Sosial Elmlər Liseyində Xalq yazıçısının yaradıcılığı ilə bağlı şagirdlərin ifasında kompozisiyalar səsləndirilib, “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında səhnəciklər nümayiş etdirilib, həmçinin Anarın portreti istedadlı şagirdlər tərəfindən işlənilib və yazıçıya təqdim olunub.
Xatırladaq ki, bir neçə ay əvvəl də Türkiyəyə yaradıcılıq səfəri çərçivəsində Anar Türk Ədəbiyyatı Vəqfinin “Türk dünyasının ağsaqqalı” mükafatına layiq görülmüşdü.
Oktyabrın 29-dək davam edəcək festival çərçivəsində Trabzonun bölgələrində müxtəlif ölkələrin ədəbiyyat ustadlarının xatirəsinə həsr olunmuş sərgilər, müəlliflərin imza günləri, yerli mədəniyyət, incəsənət və ədəbiyyatla bağlı tədbirlər keçirilməsi nəzərdə tutulur.
XQ