Naxçıvanlı musiqiçilər İğdırda

post-img

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibətilə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı Türkiyənin İğdır şəhərində konsert proqramı ilə çıxış edib.

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Həsən Seyidov, İğdır valisi Ercan Turan, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının əməkdaşı Gülçin Dünyamalıyev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli və digər hökumət nümayəndələrinin iştirak etdikləri tədbir Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Çıxış edənlər Azərbaycan–Türkiyə qardaşlığının tarixi bağlarından bəhs ediblər.

Musiqili gecədə “Sizə salam gətirmişəm”, “Şuşanın dağları”, “Çırpınırdı Qaradəniz”, “Azərbaycan-Türkiyə” və digər mahnı və rəqslər ifa olunub.

XQ

Mədəniyyət