Payız fəslində mövsümlə əlaqədar, həm uşaqlarda, həm də yaşlı insanlarda tez-tez burun tutulmaları, öskürək, yüksək hərarət müşahidə edilir. Bir çox mütəxəssislər dərman müalicəsinə üz tutmazdan öncə təbii vasitələrlə bu əlamətləri aradan qaldırmağın mümkünlüyünü tövsiyə edirlər. Bildirirlər ki, indiki sayda və növdə dərman pereparatları istehsal edilməyən dövrdə insanlar bir çox xəstəliklərini təbii üsul və vasitələrlə – bitki çayları ilə, masajla, ayağı isti suya, kürəyə banka qoydurmaqla sağaldıblar.
Hazırda kənd yerlərində yaşlı insanların əksəriyyəti yenə də dərmanlardan imtina edir, “dədə-baba” qaydası ilə sağalmağa üstünlük verirlər. Təbii vasitələrlə müalicə aparan həkimlərin də fikrincə, belə vaxt köməyə gələn ilk üsul kividən istifadədir.
1. Güclü, boğucu və davamlı öskürək zamanı kivi kömək edir. Bir dilim kivi, 1 qaşıq bal və yarım çay qaşığı əzilmiş darçın qarışdırılır. Alınan kütləni gecə yatmazdan öncə qəbul etmək lazımdır.
2. Yüksək temperatur, boğaz ağrısı, hıçqırıqlı öskürək zamanı kivi şirəsi, əzilmiş cirə, bal götürülür. Qarışım zəif odda yüngülcə qaynadılır. Gün ərzində 5–6 dəfə 1 çay qaşığı qəbul edilir.
3. Zəif immunitetə malik insanlar kivinin təzə çəkilmiş şirəsini içməlidirlər. 2 ədəd kivinin şirəsi birdəfəlik qəbul üçün yetərlidir. Şirədəki turşuluğu azaltmaq üçün zövqə görə, ona kök, yaxud şirin alma şirəsi əlavə etmək olar.
Z.HÜSEYNLİ
XQ