Peruda milli turizm təqdimatı

post-img

Ölkəmiz Perunun paytaxtı Lima şəhərində keçirilən Beynəlxalq Mədəniyyət, Turizm və Təhsil Sərgisində təmsil olunub.

Dünyanın 30-dan çox ölkəsindən səfirliklərin, eləcə də təhsil və mədəniyyət mərkəzlərinin iştirak etdiyi sərgidə Azərbaycanın zəngin mədəniyyəti və turizm potensialı nümayiş etdirilib və böyük maraqla qarşılanıb. Burada ölkəmiz haqqında, həmçinin Formula 1 Azərbaycan Qran-Prisi və noyabrda keçiriləcək COP29 kimi mühüm beynəlxalq tədbirlər haqqında məlumat təqdim olunub. Azərbaycanın turistik məkanları, turizm potensialı, Qız qalası, Şuşa qalası və digər mühüm tarixi abidələri haqqında bilgilər verilib. Milli məhsullar, o cümlədən Azərbaycan çayı, şərabları və xalçaçılıq sənəti nümunələri də ziyarətçilərə təqdim edilib.

Üç gün davam edən sərgiyə 60 mindən çox qonaq qatılıb.

XQ

Mədəniyyət