İsveçrədə azərbaycanlı sənətçilərin konserti keçiriləcək

post-img

13 oktyabr 2024-cü il tarixində İsveçrənin Bazel şəhərində Müqəddəs Ruh kilsəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə orqan musiqisi konserti keçiriləcəkdir. 

Konsertdə kamança və orqanda Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcəkdir. Kamançada Prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatı Mədinə Şahgəldiyeva, orqanda isə müxtəlif yerli və beynəlxalq tədbirlərin, konsertlərin iştirakçısı Şəfəq Abdullayeva çıxış edəcəkdir.

Məlumat üçün bildirək ki, son 30 ildə hər il Müqəddəs Ruh kilsəsində Piano-Orqan musiqi festivalı (Klavier Orgel Festival) təşkil olunur və çoxsaylı musiqisevərlər  bu məkana toplaşır. 

Sənətçilərimizin konserti haqqında yerli mətbuatda və kilsənin internet səhifəsində (https://www.heiliggeist.ch/aktuell/detail/orientalische-klassik-und-volksmusik) məlumat yerləşdirilib.

Mədəniyyət