X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində türkiyəli yazar Sezai Ozan Zeybəkin "Üç sehrli inci" kitabının və eyniadlı tamaşanın təqdimatı keçirilib.
Məğlubiyyətdən qalibiyyətə doğru çətinliklərə sinə gərən qəhrəmanın yolundan bəhs edən tamaşada paytaxtdakı 164 saylı məktəbin şagirdləri öz məharətlərini göstəriblər.
Qeyd edək ki, Sevinc Nuruqızı tərəfindən Azərbaycan dilinə tərcümə edilən əsərin çox tərbiyəvi əhəmiyyəti var. Əsərdə uşaqlara sözün kəsərinin, söz verib yerinə yetirilməsinin vacibliyi aşılanır.