Bakıda fəaliyyət göstərən ictimai iaşə obyektində normativ tələblərin pozulduğu məlum olub

post-img

Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əli Rəşad oğlu Hüseynova məxsus “Beer Loft” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Agentlikdən verilən məlumata görə, iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 8 ədəd 0.5 litrlik, 6 ədəd 0.7 litrlik, 4 ədəd 1 litrlik “Nemiroff” əmtəə nişanlı delikat araq, 1 ədəd 1 litrlik “Nemiroff” əmtəə nişanlı orijinal araq, 4 ədəd 1 litrlik, 4 ədəd 0.7 litrlik, 7 ədəd 0.5 litrlik “Zerno” əmtəə nişanlı araq, 11 ədəd 0.7 litrlik, 5 ədəd 0.5 litrlik “Verba” əmtəə nişanlı araq, 4 ədəd 0.5 litrlik “Finlandiya” əmtəə nişanlı araq, 1 ədəd 0.5 litrlik “President” əmtəə nişanlı araq məhsulunun satışının həyata keçirildiyi müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Normativ-hüquqi aktların tələblərinə uyğun olmayan saxta spirtli içki məhsullarının satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib.



Sosial həyat