Azərbaycan Beynəlxalq Qida Festivalında

post-img

Yunanıstanın Saloniki şəhərindəki Plaz Aretsusda meydanında 23-cü “Xeyirxahlıq üçün qida” (“Food for Good”) - Beynəlxalq Qida Festivalı keçirilib.

Ənənəvi festivalda hər il 40-dan çox ölkənin mətbəxi nümayiş olunur və 2000-dən artıq ziyarətçisi olur. Budəfəki sərgilər də istisna təşkil etməyib.

Plaz Aretsusda meydanında “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə qurulmuş guşədə milli mətbəximizin ləziz təamları, müxtəlif çeşidli şirniyyatlar, Azərbaycan çayı və şərabı iştirakçılara təqdim olunub.

Onu da qeyd edək ki, tədbirdə toplanan vəsait Yunanıstanın Filiro bölgəsində yerləşən uşaq evinə ianə edilir.

XQ

Mədəniyyət