Sentyabrın 24-də Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Eşitmə və Danışma Məhdudiyyətli İnsanlar Gününə həsr olunmuş proqram təşkil edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sosial Xidmət Mərkəzlərində reabilitasiya proqramına cəlb olunan eşitmə və danışma məhdudiyyətli uşaqlar üçün nəzərdə tutulan proqramda Uşaq İnkişaf Mərkəzinin nəzdindəki inkluziv Art Studionun rəhbəri və müəllimi Fuad Musayevin rəhbərliyi ilə ustad dərsi keçirilib. Daha sonra qonaqlar muzeyin ekspozisiyası ilə yaxından tanış olublar.