Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclası olacaq

post-img

Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası 2025-ci ilin əvvəlində Türkiyədə keçiriləcək. Məlumatı “Anadolu” verib. 

Müvafiq qərar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın baş naziri Kiriakos Mitsotakis arasında Nyu-Yorkda keçirilən görüşdə qəbul edilib.

İki ölkə liderləri arasında danışıqlar ABŞ-nin paytaxtında keçirilən BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya