Kitab oxuyaq, mahnı dinləyək

post-img

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xəzər Rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin 2 nömrəli kitabxana filialı Zirə EKO Parkında “Mütaliə saatı”, eləcə də Sosial Xidmətlər Agentliyinin 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində konsert keçirilib. 

“Mütaliə saatı”nda uşaqlara kitabxananın fondundan bir-birindən maraqlı kitablar təqdim olunub və hekayələr seçilərək səsləndirilib. Əsas məram yay tətilinin səmərəli təşkili və uşaqlarda mütaliə vərdişlərinin inkişaf etdirilməsi olub. Nağıllar, macəra hekayələri və şeirlər maraqla dinlənilib. 

Xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün konsertdən isə məqsəd onların sosial adaptasiyasına dəstək olmaq idi. Müəssisədə hərtərəfli himayə edilən 100-ə yaxın uşağın iştirak etdiyi konsertdə tanınmış estrada müğənnisi Rüfət Axundov və digər ifaçılar maraqlı musiqi nömrələri ilə çıxış ediblər. Əyləncəli proqram həssas qrupdan olan uşaqların sevincinə səbəb olub və onlarda unudulmaz təəssürat yaradıb.

XQ

 



Mədəniyyət