Kəlbəcərin “Bal kimi süfrə”si

post-img

Milli İrsi Mədəni Tarixi Araş­dırmalar (MİMTA) Fondunda işğaldan azad edilmiş Kəlbəcərə həsr olunan “Bal kimi süfrə” filmi­nin təqdimatı olub. 

Filmin ssenari müəllifi, Əməkdar jur­nalist Firuzə Nadir bildirib ki, “Bal kimi süfrə” sənədli filmi Kəlbəcərin timsalında işğaldan azad olunan torpaqlara qayıdışa, kəlbəcərlilərin işğal dövründə göz bəbəyi kimi qoruduğu milli dəyərlərə həsr olunub. Onun sözlərinə görə, Kəlbəcər füsunkar təbiətə, zəngin təbii sərvətlərə, özünəxas mətbəx və məişət mədəniyyətinə malik ra­yondur. Burda sanki təbiətin özü də insan­lara zəngin və rəngarəng bir mətbəx, möh­təşəm bir süfrə bəxş edib. Ermənilər 30 ildə Kəlbəcərin də sərvətlərinə sahib çıxıb, onun məşhur balını da mənimsəyərək Er­mənistanın adı ilə dünya bazarına çıxarıb. Artıq kəlbəcərlilər də, onların süfrələrinin bal kimi neməti də öz yurduna qayıdıb. Filmin məqsədi bu qayıdışı göstərmək, kəlbəcərlilərin nəsildən-nəslə yaşatdıqları adət-ənənələri, milli dəyərləri təbliğ et­məkdir.

XQ

Mədəniyyət