Maştağa mədəniyyət mərkəzində şairə Sevda İbrahimlinin Naxçıvan və Maştağa şəhidlərinə həsr edilən "Ölməz Qəhrəmanlar" adlı kitabının dövlət səviyyəli təqdimatı keçirilib. Tədbirdə şəhid anaları, tanınmış ziyalılar iştirak ediblər.
AYB nin üzvü aparıcı Cəbrayıl Qənbərli və Telan Şahmar qızı Cəbiyeva tədbiri açıq elan etdilər. Azərbaycan Respublikasının Himni səsləndirildi.Vətən müharibəsində qəhrəmancasına həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra giriş sözü Azərbaycan Respublikası Ali məclisinin deputatı, Aydın Mirzəzadəyə verildi. Fəxri qonağımız, Cənab Ali baş komandan İlham Əliyevin güclü siyasəti nəticəsində 44- günün haqq davasında 30 ilin işğalda olan torpaqlarını geri alınmasından, igid oğullarımızın şücayətindən danışıb. Sonra Millət vəkilimiz şairəni təbrik edərək öz ürək sözlərini dilə gətirib. Sevda İbrahimlinin Azərbaycanın qəhrəman oğullarına həsr etdiyi "ÖLMƏZ QƏHRƏMANLAR" kitablarının hər şəhidə aid üz qabığı ilə nəşr olunmasını Azərbaycanda unikal olduğunu vurğulayıb.
Şairəyə yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə iştirak edən şəhidlərimizin anaları eləcə də Generalımızın bizlərə əmanət etdiyi Səmayə anamız tədbirdə çıxış edərək tədbiri rövnəqləndirib. 44 gün müharibədə Maştağa kəndinin birinci şəhidi Bəhruz Elman oğlu Əliyevin anası Qərənfil ana tədbirdə çıxış edərək şairəyə,şəhidini sevən hörmət edən hər bir tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.
Veteran və qazilərimizin iştirakını xüsusi ilə qeyd etmək istərdim .Öz döyüş yoldaşlarının yad edilməsini böyük rəğbətlə qarşılayan qazilərimizə söz verildi.Tədbirdə Naxçıvan "Qazilər ictimai birliyinin üzvləri " Şəhidlər Zirvəsi" layihə rəhbəri,şəhid analarının daima yanında olan Vaqif Şahsuvarov və Rasim Zülfüqarlı iştirak etdilər.Şair dostlarımız İbrahim Yusifoğlu, Qumru Qüdrət, Püstə Rəvan və Nəsibə İsrafilqızı qiraətçi Bəhiyyə Nağıyeva,Təhsil meneceri Babək Rəcəbli, iştirak etdilər.Tədbirdə şairənin sözlərinə həsr olunmuş vətənpərvər mahnıları,"Şəhid Anası"' Zəngilan şəhidimiz Xəqani Məmmədovun xatirəsinə yazılan "Şəhid Balam", "İgidlər Marşı " sədaları altında bu möhtəşəm tədbir üç saat davam edib.
Şairə hər bir qonağına tədbirdə iştirak etdiklərinə görə dərin minnətdarlığını bildirib.
TELAN tədris mərkəzinin rəhbəri,şairənin qızı Gülnarə Cəbiyeva çıxış edərək "TELAN" təlim tədris nitq inkişaf mərkəzi və "Vətənə Sevdalılar" İctimai birliyi, eyni zamanda "Naxçıvan Qaziləri" ictimai birliyi adından şairəyə prezidentimizin Dəmir yumruq simvolu " Dəmir Yumruq " mükafatını təqdim edib.
TELAN tədris mərkəzinin baş psixoloqu Fazilə Camalova çıxış etdi.Şəhid və qazi ailələrinin yanında olduğunu bildirib.
Şairə Nəsibə İsrafilqızı tədbirdə çıxış edərək, Qırğızıstanın "TURAN" birliyi mükafatını şairə Sevda İbrahimliyə, TELAN tədris mərkəzinin rəhbəri Gülnarə Cəbiyevaya və eləcə də TELAN TƏDRİS mərkəzinin baş psixoloqu Fazilə Camalovaya təqdim edib.
"Dədə Qorqud" Milli Fondunun idarə heyətinin üzvü, "Azərbaycan Dünyası " Beynəlxalq dərgisinin əməkdaşı, və "Carçı " dərgisinin baş redaktoru və.s bir çox tanınmış ziyalılar iştirak edib.
Tədbirdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin l vitse prezidenti Ruhiyyə Poladova və DAMM- nin Ekspertlər Şurasının sədri,AJB- nin üzvü,yazıçı- publisist Nəzakət Əhmədova şairə Sevda İbrahimlini "ÖLMƏZ QƏHRƏMANLAR" kitabına,Şəhid,Qazi ailələrinə və Azərbaycan Mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə"FƏXRİ FƏRMAN" - la təltif edilib.
Sonda xatirə fotoları çəkilib.