Xalq şairi Mirvarid Dilbazi məzarı ziyarət olunub

post-img

Azərbaycanın ilk qadın xalq şairi Mirvarid Dilbazinin 23-cü ildönümü münasibəti ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Qazax Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə xalq şairinin məzarı ziyarət olunub. Xalq şairi məzarı önündə ehtiramla anılaraq, həyat və yaradacılığından danışılıb, şeirləri səsləndirilib.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı çıxış edərək bildirdi ki, Mirvarid Dilbazi Azərbaycan poeziyasına adını qızıl hərflərlə yazdırmış şairlərimizdəndir. Mirvarid Dilbazi yaradıcılığı insanı mübariz olmağa, vətəni sevməyə, əsl insan olmağa səsləyir.

Mirvarid Dilbazini ziyarətə gələn yaxın sənət adamları, onu sevən, rəğbət bəsləyən söz adamları, şəhid ailələri çıxış edərək xatirələrini bölüşdülər. Qeyd etdilər ki, Mirvarid Dilbazinin yaradıcılığında vətənpərvərlik xüsusi önəm daşıyıb. İndi onun ruhu şaddır ki, ali baş komandanın uzaqgörənliyi nəticəsində, şanlı ordumuzun gücü ilə, şəhidlərimizin qanı ilə uğruna şeirlər həsr etdiyi Qarabağ bu gün azaddır.







Mədəniyyət