Məşhur rəssamlar haqqında bir çox yerlərdə maraqla və həvəslə danışılır. Onların hansı dövrdə necə yaşadıqları və yaratdıqları barədə məlumatlara hər yerdə rast gəlmək mümkündür. Lakin, bir çoxlarımız əksər hallarda rəssamların sürdükləri həyat tərzindən, özünəməxsus xüsusiyyətlərindən və yaratdıqları əsrarəngiz gözəllik nümunələrindən bixəbərik.
Haqqında olduqca maraqlı və oxunaqlı məlumatlar öyrənə biləcəyimiz rəssamlardan biri də Ingiltərənin Qərbi Midland ərazisinin Kingswinford əyalətində yerləşən “Malcolm Broadfield House” Şüşə Muzeyinin rəssamı Allister Malcolmdur. O, şüşədən hazırladıqları əl işlərini və müasir şüşə sənət əsərlərini qüsursuz bir şəkildə düzəldib, ərsəyə gətirir. Rəssamın güclü dizayn anlayışı və yaradıcı təfəkkürü birləşərək bu cür möhtəşəm nümunələrin yaranmasına gətirib çıxarır. O, yaratdığı sənət əsərlərində ənənəvi şüşəqayırma üsullarına əsaslanaraq, şüşə məmulatlarını mücərrəd fiqurlar, eskizlər və naxışlarla bəzəyir.
A. Malcolm bir çox yerli saytlara verdiyi müsahibələrində qeyd edir ki, peşəkar standartlara uyğun şüşədən əl işləri düzəltmək üçün kifayət qədər uzun və çətin yol keçmişdir. Bu səyahət onun nə az, nə çox düz on il vaxtını aparıb. Rəssam ümid edir ki, onun yaratdığı bu gözəllikləri insanlar hər zaman qiymətləndirəcək.
Böyük Britaniya və ABŞ-da geniş sərgilərlə çıxış edən rəssamın əl işləri Broadfield House Şüşə Muzeyi (İngiltərə), Imagine Muzeyi (Florida, ABŞ) və Glassmuseum Lette (Almaniya) qalereyasının kolleksiyalarında nümayiş olunur.
2019-cu ildə o, Artisan Glass və Böyük Şüşə Sənayesinə verdiyi töhfəyə görə London Şüşə Satıcıları Şirkəti tərəfindən Fəxri Freeman vəzifəsinə layiq görülüb. Rəssam, həm də Böyük Britaniyada Ağ Ev Konus Şüşə Muzeyində rezident şüşə rəssamı kimi fəaliyyət göstərir.
O, gün ərzində bir sutkadan da çox - 26 saat işləyir və əldə etdiyi gəliri xeyriyyə təşkilatlarına ianə edir.
2012-ci ildə Malkolm dünyanın ən uzun şüşə istehsalı tədbirində iştirak edərək, 27 saat ərzində şüşədən növbənöv əl işləri düzəldib nümayiş etdirmişdir.
Fidan SALMANOVA
XQ