“Barbi sərgisi”

post-img

Londonda "Barbi" kuklalarının tarixi inkişaf dövrlərini əks etdirən yeni sərgi açılıb. Dizayn Muzeyində keçirilən “Barbie: exhibition” (Barbi sərgi) adlı sərgidə 250-dən çox kukla nümayiş olunur.  

Burada, həmçinin 1959-cu ildə hazırlanan ilk barbi kuklası, müxtəlif irqləri, saç quruluşlarını və formalarını təmsil edən və fərqli modellərdə, tərzdə olan kuklalar da sərgilənir. Onların arasında fiziki qüsurluluğu təmsil edən əlil arabasında olan kuklalar da var. 

Muzeyin “Karyera” bölməsində polis məmuru, alim, həkim, prezidentlər və seçicilərdən ibarət barbi növlərini də görmək mümkündür. 

Qeyd edək ki, sərgi ilk Barbinin yaranmasının 65 illik yubileyinə həsr olunub.  

Fidan

XQ



Mədəniyyət