Ukrayna və Polşa təhlükəsizlik sazişi imzalayıb

post-img

“European Pravda” xəbər verir ki, iyulun 8-də Ukrayna və Polşa təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş imzalayıblar.

Saziş Ukrayna prezidenti Vladimir Zelenskinin bazar ertəsi Varşavaya səfəri zamanı imzalanıb. Polşa tərəfdən sazişi Polşa hökumətinin başçısı Donald Tusk imzalayıb.

Müqavilənin təfərrüatları hələlik açıqlanmayıb.

Prezident Zelenski Vaşinqtonda NATO-nun yubiley sammitinə getməzdən əvvəl bazar ertəsi səhər Varşavaya gəlib.

S.ELAY

XQ

Dünya