“Daş Dəmir Paşa - Canavar” filminin təqdimatı olub

post-img

İyunun 26-da Nizami Kino Mərkəzində  rejissor Leyla Tofiqqızının “Daş Dəmir Paşa - Canavar” bədii – sənədli filminin təqdimat mərasimi keçirilib. 

Ekran işində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, “canavar” ləqəbli xüsusi təyinatlı kəşfiyyatçı, II Qarabağ Müharibəsi şəhidi, baş leytenant Daşdəmir Paşayevin həyatından və keçdiyi şərəfli döyüş yolundan bəhs edilir. 

Tədbirdə  şəhidin ailə üzvləri, kino xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlarda şəhidlərimizi unutmamaq və onların  keçdiyi döyüş yolunu gələcək nəsillərə çatdırmaq üçün bu cür bədii və sənədli filmlərə böyük ehtiyacın olmasından söz açılıb. Tədbirin sonunda filmin rejissoru Leyla Tofiqqızı gələn qonaqlara təşəkkürünü bildirib. 

Qeyd edək ki, ekran işinin operatorları Sadıq Əliverdibəyli, Elxan Camal, rəssamı Nazilə Əhmədova, bəstəkarı Nuranə Zeynalova, musiqi tərtibatçısı Səid Turabov, montaj rejissoru Tofiq Əhmədzadədir. Rolları 250 saylı tam orta məktəbin 9b sinif şagirdləri Uğur Ələkbərli, Bahar Kazımzadə, Nuray Əhmədzadə, Musa Abdullayev və başqaları ifa edirlər. 

 









Mədəniyyət