Milli Kulinariya Assosiasiyası "Qərbi Azərbaycana Qayıdış" II Festival Konqresində

post-img

Naxçıvanda  “Qərbi Azərbaycana Qayıdış” II Festival- Konqresi baş tutdu. Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Qərbi Azərbaycanın şirin inciləri” Qrant layihəsi çərçivəsində Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA) tərəfindən iyunun 21-də   Batabatda Qrant layihəsinin təqdimatları oldu.

AMKA-nın sərgi stendində Qərbi Azərbaycan şirniyyatları,  Agentliyin dəstəyi ilə 2022-ci ildə çap edilmiş “Qarabağ mətbəxinin inciləri” kitabı,  2020-ci ildə düyanın ən yaxşı kulinariya kitabı olmuş “İrəvan xanlığı Bölgə mətbəxi” kitabı, 2023-cü ildə  dünyada son 25 ilin ən yaxşı Kulunariya kitabı olan  “Azərbaycan mətbəxində Dolmalar. 381 nüsxə” kitabı və digər onlarca kitab sərgiləndi.

Bundan başqa, tədbirdə Naxçıvan Dövlət Universiteti və “İrəvan” stendində AMKA və onun üzvləri tərəfindən təqdim olunmuş, “İrəvan xanlığı bölgə mətbəxi” kitabından götürülmüş reseptlərlə hazırlanmış Qərbi Azərbaycan şirniyyatları gələn qonaqların marağına səbəb oldu.

Burada, həmçinin Kulinariya Assosiasiyası tərəfindən   “şəkər lokum” və “ Göyçə badamburası” ilk dəfə festival iştirakçılarına təqdim edildi.

Naxçıvan Dövlət Universitetinin professor müəllim heyəti, tələbələri və rektoru Elbrus İsayev, Azərbaycan Respublikasının Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı xüsusi nümayəndəsi cənab Fuad Nəcəfov və digər vəzifəli şəxslər, Naxçıvandan və başqa bölgələrdən gələn qonaqlar AMKA-nın sərgisinə xüsusi maraq göstərdilər.

Fuad  Nəcəfova Agentliyin maliyyə dəstəyi ilə hazırlanmış “Qarabağ mətbəxinin inciləri” və “ İrəvan xanlığı bölgə mətbəxi” kitabları hədiyyə olundu.
Naxçıvan Dövlət Universitetinin Rektoru, müəllim heyəti və Universitetin kitabxanasına da kitablar təqdim edildi.

Festivalın növbəti günündə - 22 iyunda Naxçıvan Dövlət Universitetində keçirilən "Qərbi Azərbaycana qayıdış” elmi konqressində, tədbirdə iştirak etmiş, Qərbi Azərbaycan şirniyyatlarını yüksək səviyyədə hazırlamış şəxslər, müəllim və tələbələr sertifikat və diplomlarla təltif olundular.

“Qərbi Azərbaycana qayıdış” Elmi Konqresi çərçivəsində təşkil olunmuş  VI paneldə Azərbaycan Milli Kulinariyası Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qrant layihəsi  əsasında hazırlanmış “Qərbi Azərbaycan  irin inciləri“ layihəsinin mövzusuna dair   “İrəvan şirniyyatları”elmi məruzəsi ilə çıxış etdi. VII paneldə isə T. Əmiraslanov Konqress materiallarında çap edilməsi ücün Qrant lahiyəsinin rəhbəri Aynurə Əmiraslanova ilə  birlikdə hazırlanmış “Qərbi Azərbaycan şirniyyatları” elmi məqaləni təqdim etdi.

IMG-20240624-WA0003.jpg

IMG-20240624-WA0002.jpg













Mədəniyyət