“Dağılan tifaq” Şuşaya qayıdır

post-img

İki gündən sonra – iyunun 9-da Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” tamaşası ilə sənətsevərlərin görüşünə gələcək.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist, teatrın direktoru Yadigar Muradov, rejissoru Lalə Şirinova, quru­luşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artisti Azad Məm­mədovdur.

Rolları Xalq artisti Şükufə Musayeva, əməkdar artistlər Teymur Məmmədov, Nazir Rüstəmov, Azad Məmmədov, te­atrın aktyorları Rasəf Mehdiyev, Xanirə İsgəndərova, Türkay Cəfərli, Cavidan Kəsəmənli, Məmməd Məmmədov, Gün­düz Qasımov və başqaları, uşaq rollarını isə məktəblilər Şəms Cahangirzadə və Kənan Rzazadə ifa edəcəklər.

Tamaşada görkəmli bəstəkar Fikrət Əmirovun əsərlərindən, xalq musiqi nü­munələrindən, eləcə də 30 ildən artıq Şuşa Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərmiş mərhum sənətkar, Əməkdar mədəniyyət işçisi tarzən Nəsib Məhərrəmovun lent yazısından istifadə olunur.

XQ

Mədəniyyət