Rəssamların rəngkarlıq hesabatı

post-img

Azərbaycan Milli İncəsənət Muzeyində ekspozisiyanın açılışında mədəniyyət naziri Adil Kərimli, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Muzeyin direktoru Şirin Məlikova qeyd edib ki, bura­da, ümumilikdə, 157 rəng­karlıq, qrafika, heykəltəraşlıq və keramika nümunəsi təq­dim olunur. Əsərlər XX əsrdə təsviri sənətdə gedən gərgin yaradıcılıq axtarışlarını əks etdirir. Ötən əsrin ilk yarısında milli qrafika sənətinin forma­laşmasına böyük töhfələr ver­miş, özünəməxsus dəst-xəttə malik rəssamların müxtəlif janr və texnikalarda yaratdıq­ları silsilə əsərlər təşkil edir. Sərgidə ilk dəfə olaraq Bəh­ruz Kəngərlinin portret, mən­zərə eskiz və rəsmlərindən ibarət albomlar yer alıb.

İnteraktiv xarakter da­şıyan sərginin ekspozisiya­sında, həmçinin XX əsrin müxtəlif onilliklərində ərsəyə gəlmiş, qrafik əsərlərlə həmahənglik yaradan müəlliflər tərəfindən işlənilmiş keramik fiqurlar və dekorativ boşqab­lar da nümayiş olunur. Hər bir zalda tamaşaçılar QR kod va­sitəsilə aid olduqları yaş qru­punu qeyd edib bəyəndikləri əsərə səs vermək imkanına malikdirlər.

Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəli­lov sərgidə yer alan əsərlərin hər birinin xüsusi əhəmiyyətə malik olduğunu söyləyib. O vurğulayıb ki, muzeydə keçi­rilən hər görüş, hər yeni sərgi təqdirəlayiq bayrama çevrilir.

Sonda qonaqlar sər­gilənən eksponatlarla yaxın­dan tanış olublar.

XQ

Mədəniyyət