Şuşa Teatrı növbəti premyeraya hazırlaşır

post-img

Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” tamaşası ilə sənətsevərlərin görüşünə gələcək.

Qeyd edək ki, tamaşanın premyerası iyunun 9-da keçiriləcək.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist, teatrın direktoru Yadigar Muradov, rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artisti Azad Məmmədovdur.

Tamaşada rolları Xalq artisti Şükufə Musayeva, Əməkdar artistlər Teymur Məmmədov, Nazir Rüstəmov, Azad Məmmədov, teatrın aktyorları Rasəf Mehdiyev, Xanirə İsgəndərova, Türkay Cəfərli, Cavidan Kəsəmənli, Məmməd Məmmədov, Gündüz Qasımov və başqaları, uşaq rollarını isə məktəblilər Şəms Cahangirzadə və Kənan Rzazadə ifa edəcəklər.

Tamaşada görkəmli bəstəkar Fikrət Əmirovun əsərlərindən, xalq musiqi nümunələrindən və eləcə də 30 ildən artıq Şuşa Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərmiş mərhum sənətkar, Əməkdar mədəniyyət işçisi tarzən Nəsib Məhərrəmovun lent yazısından istifadə olunur.

Mədəniyyət