Azərbaycan-Avstriya mədəni əməkdaşlığının perspektivləri müzakirə olunub

post-img

Mədəniyyət naziri Adil Kərimli iyunun 5-də Avstriyanın Azərbaycandakı səfiri Tomas Şuller-Qötzburq ilə görüşüb.

Nazirlikdən bildirilib ki, nazir əvvəlcə iki ölkə arasında əlaqələrdən söz açıb.

A.Kərimli qeyd edib ki, Azərbaycan və Avstriya arasında müxtəlif sahələrdə yaxşı əməkdaşlıq mövcuddur. Ölkəmiz mədəniyyət sahəsində əlaqələrin inkişafında maraqlıdır.

Görüşdə kino, muzey və kitabxana işi, tarixi və mədəni irsin qeydiyyatı, qorunması, bərpası, habelə yaradıcı sənaye sahələrində bilik və təcrübə mübadiləsinin aparılması imkanları nəzərdən keçirilib. Söhbət zamanı bədii təhsil üzrə tələbə mübadiləsi və mədəni irsin idarə edilməsi ilə bağlı kadr hazırlığı məsələləri də müzakirə olunub.

Həmçinin Avstriya tərəfi bu ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak üçün dəvət olunub.

Mədəniyyət