Azərbaycanlı arxeoloq Qazaxıstanda

post-img

Qazaxıstanın Pavlodar şəhərində Marqulan adına Pedaqoji Universitetdə “Marqulan oxumaları–2024” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. 

Akademik Ə.X.Marqulanın 120 illik yubileyinə həsr olunmuş konfransda Milli Azərbaycan Tarixi Muzeyinin arxeologi­ya şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev iştirak edib.

Muzeydən bildirilib ki, soydaşımız konfransda “Şimal-şərqi Azərbaycanda Sasanilər dövrünə aid yeni arxeoloji abi­də” mövzusunda məruzə ilə çıxış edib.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və verilən suallar ətraflı cavab­landırılıb.

XQ

Mədəniyyət