Mədəniyyət Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin reallaşdırdığı “Tanı, oxu, tanıt” ədəbiyyat könüllülüyünün təbliği layihəsi çərçivəsində ADPU-nun Quba filialında tədbir keçirilib.
Tədbirin moderatorluğunu filialın Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinova edib.
Filialın direktoru, dosent Yusif Alıyev açılış nitqində ədəbiyyatın, sözün qüdrətindən bəhs edib, istedadlı gəncləri bu istiqamətdə hər zaman dəstəkləməyə hazır olduğunu, layihənin müqəddəs amala xidmət etdiyini bildirib.
Sonra layihə və ədəbiyyat könüllülüyü haqqında geniş məruzələrlə Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, DGTYB-nin Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, DGTYB başqanı, şair-publisist İntiqam Yaşar, AYB-nin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova, Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin sektor müdiri Mənsur Ağayev, Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Eyvaz Şeydayev, gənc şairə Sərvinaz Sərvər çıxış edib. Filialda keçirilən bu tipli tədbirlərin gənclər üçün əhəmiyyətli olması qeyd edilib.
Sonda layihəyə dəstək olan şəxslər (dosent Yusif Alıyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müdiri Nəcəf Novruzov, şair Ramiz Qusarçaylı, filialın əməkdaşları Aysel Şeydayeva, Nəhayət Şirinova, Eyvaz Şeydayev), eləcə də şeir deyən tələbələr mükafatlandırılıb. İştirakçılara layihə çərçivəsində çap olunmuş kitablar və digər hədiyyələr verilib.
Rizvan FİKRƏTOĞLU
XQ