Türkiyənin xarici işlər naziri Hakan Fidan Pekində Çin Xalq Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi və Hüquq Komissiyasının sədri Çen Vençinq ilə görüş keçirib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki hesabında yer alan mesajda deyilir.
“Anadolu”nun verdiyi məlumata görə, Hakan Fidan çinli həmkarı Vanq Yinin dəvəti ilə Çinə gəlib.
O, Pekinə səfəri zamanı “Dəyişən dünya düzəni fonunda Türkiyə və Çin münasibətləri” mövzusunda da çıxış edib. Türkiyə diplomatiyasının rəhbəri Çin və Qloballaşma Araşdırma Mərkəzində keçirilən tədbirdə çıxış edib.
P.ƏMİRCANOV
XQ