“Asudə məkan”ın zəngləri

post-img

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi qalereyasında gənc rəssam Ülviyyə Axundovanın “Asudə məkan” adlı sərgisinin rəsmi açılışı olub. 

Qonaqlar arasında görkəmli fırça ustaları, yaradıcı ziyalılar və gənclər də var idi. Azərbaycan Rəssamlar İttifaqı­nın sədri, Xalq rəssamı Fərhad Xəlilov, “Azərxalça” ASC İdarə Heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məm­mədov, rəssamın müəllimi Sevinc Abi­dova çıxışlarında ondan ən xoş sözlərini əsirgəmədilər. Qeyd edildi ki, ötən ilin dekabrında rəssamın “DÉTENTE” (səs­sizlik, hüzur) adlı fərdi sərgisi də uğurla keçib. 

London İncəsənət Universitetində təhsil almış və Sotbi (Sotheby's) İn­cəsənət İnstitutunda İncəsənət Biznesi üzrə magistr dərəcəsinə yiyələnmiş Ülviy­yə xanım bu sahə üzrə peşəkar kurator və məsləhətçidir. Onun özünün rəsm alə­minə verdiyi töhfələr isə daxili dünyasına körpü salmaqla missiyasını gözəl əks et­dirir. Əsərlər seyrçiləri sanki öz ecazkar dünyasına aparır, onları bu aləmin füsun­karlıqları ilə tanış edir. Hərtərəfli asudəliyi müxtəlif bədii üsullarla təsvir edən rəs­sam sükut dünyasında kəşf etdiyi gözəl­likləri də məharətlə çəkib. 

Ülviyyə Axundova rəsm sənətini hə­yatının ayrılmaz hissəsi hesab edir. O, öz yaradıcılığı ilə fərdi duyğularını oriji­nal formada sərgiləyə bilir. Ekspozisiyanı rəssamın 40-dan artıq əsəri bəzəyir. 

Fidan SALMANOVA,
Elşən AĞALAROV (foto)
XQ











Mədəniyyət