Rustavili soydaşlarımıza kitab hədiyyəsi

post-img

Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən Təhsil və Mədəniyyət Mərkəzində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yeni açılmış uşaq kitabxanasına Azərbaycan uşaq ədəbiyyatı, uşaq ensiklopediyası, dünya ədəbiyyatı nümunələrindən Azərbaycan dilinə tərcümə olunmuş kitablar hədiyyə edilib.

Mərkəzin direktoru Raida Dərziyeva Rustavi şəhərində Azərbaycan dilində belə kitablara ehtiyac duyulduğunu söy­ləyib: “Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən bizə hədiyyə olunan kitablar mərkəzimizə daha çox uşağın cəlb olun­masına öz töhfəsini verəcək. Biz gürcü di­lində də uşaq ədəbiyyatının əldə olunması üçün şəhər meriyasına məktubla müraciət etmək niyyətindəyik”.

Kitabxanaya Gürcüstan parlamentinin sabiq deputatı Mahir Dərziyev də Azərbay­can dilində 100 ədəd kitab hədiyyə edib.

XQ

Mədəniyyət