“Qobustan”ın söz boxçası

post-img

Dərginin yeni sayı Azərbaycan Yazıçılar Birliyinin 90 illik yubileyinə həsr olunub. 

Dərginin bu nömrəsində Azərbaycan Yazıçılar Birliyinin 90 illik yubileyi mü­nasibəti ilə yazılmış məqalə və təbriklər yer alıb. Azərbaycan Milli Elmlər Akade­miyasının Prezidenti, akademik İsa Hə­bibbəyli “Azərbaycan Yazıçılar Birliyinin tarixi, taleyi, bugünü və sabahı” məqalə­sində 90 illik tarixin mühüm məqamlarını özünəməxsus şərhləri ilə təqdim edir. Uzun illər AYB-də çalışmış Xalq yazıçısı Elmira Axundova “Həyatımın xoşbəxt il­ləri” məqaləsində həm şəxsi xatirələrini, həm də birliyin keçdiyi tarixi mərhələləri bölüşür. Həmçinin “Qobustan” dərgisinin əməkdaşı Esmira Nəzərli “İllərin mən­zərəsi” yazısında həm jurnalın 55, həm də Birliyin 90 yaşı münasibətilə düşün­cələrini qələmə alıb.

Hər zaman yenilikləri ilə oxucuların görüşünə gələn “Qobustan” bu dəfə “Baş redaktor təqdim edir” rubrikasında Xalq yazıçısı Anarla “AYB – 90” mövzulu vi­deo-müsahibəni də dərginin konsepsiya­sına uyğun olaraq ilk səhifədə QR kodda yerləşdirib. Bu il yubileyləri olan AYB ka­tibləri – Xalq yazıçısı Çingiz Abdullayev və şair Rəşad Məcidin yaradıcılığını in­cələyən təbrik məqalələri də dərginin bu sayında yer alıb. 

Qeyd edək ki, bu günlərdə Elmlər par­kında davam edən III Türk Dünyası Kitab və Ədəbiyyat Festivalı çərçivəsində “Qo­bustan”ın Türkiyə özəl və AYB-90 sayları­nın təqdimat mərasimi baş tutub. 

XQ

Mədəniyyət