"Nənəmin kəlağayısı'' kitabının təqdimatı keçirildi

post-img

Mayın 27-da Gəncliyə Yardım Fondunda Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı ilə şair Brilyant Atəşin ''Nənəmin kəlağayısı'' kitabının təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı açdı, vvətənimizin ərazi bütövlüyü,suverenliyi, azadlığı uğrunda canından keçən şəhidlırimiz bir dəqiqəlik sükuta edildi. Azərbaycan himni səsləndirilidi. ''Sazın Sözün Butası'' təşkilatının sədri, Gürcüstanın ''Şərəf'' ordenli şairi Səadət  Buta, yazıçı, ədəbi təhlilçi Vaqif Osmanlı,  Azərbaycan Televizyası və radiosunun əməkdaşı  Ötərxan Eltac,  MDPM İB-nin idarə heyətinin üzvü, şair Səringül Sadə, Gürcüstanın sabiq milıət vəkili Ramiz  Bəkirov, ''Nur Ocağı'' ədəbi məclisinin sədri Sehran Süleymanova, şairlərdən- Rəqibə Qəvvas, Rövşən Xaləddinoğlu, Qulu Xaləddinoğlu, Ramilə  Əliyeva, Xəzər Məsimov və başqaları çıxış.etdilər. Aşıqlardan Rafiz Məmmədov və Museyib İlhamoğlu Brilyant Atəşin şeirlərini saz üstə gözəl ifa etdilər. Sumqayyıt şəhəri, İsmət Qayıbov adına 1 saylı məktəbin şagirdi Fərman Əzizovun ifası alqışlarla qarşılandı. Kitab şairin sayca 4-cü kitabıdı. Tədbirdə lKİV nümayəndələri, saz-söz aşiqləri çıxış etdilər.

Sonda xatirə şəkili çəkildi.









Mədəniyyət