Aranda yağmursuz, dağlarda yağış və duman...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, mayın 28-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 

Gecə 13-18°, gündüz 23-28° isti olacaq. At­mosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz olacaq. Azərbaycanın rayonlarında əksər rayonlarda, əsasən, yağmursuz keçəcək. La­kin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir du­man olacaq. Mülayim şərq küləyi əsəcək. Ha­vanın temperaturu gecə 13-17°, gündüz 23-28°, dağlarda gecə 5-10°, gündüz 13-18° isti olacaq.

Q. QASIMOV
XQ

Ekologiya