“Məhəmməd Əmin Rəsulzadə: həyat və fəaliyyəti” adlı kitab nəşr edilib

post-img

“Qanun” nəşriyyatında tarix elmləri doktoru, professor Nəsiman Yaqublunun “Məhəmməd Əmin Rəsulzadə: həyat və fəaliyyəti” kitabı nəşr edilib.360 səhifədən ibarət olan kitabda M.Ə.Rəsulzadənin həyatı və fəaliyyəti ilə bağlı bilgilər elmi əsaslarla, sənəd və faktlarla oxuculara təqdim edilib.Kitabın sonunda M.Ə.Rəsulzadə haqqında rus və ingilis dillərində də məlumatların olması bu tarixin kitabın daha də əhəmiyyətli olmasına imkan yaradır. 

Qeyd edək ki, professor N.Yaqublunun M.Ə.Rəsulzadə haqqında Azərbaycanda, Türkiyədə, Rusiyada da ensiklopediyaları nəşr edilib və oxucular tərəfindən maraqla qarşılanıb.

XQ

Mədəniyyət