Hər kitab bir dünyadır

post-img

Nəsrin növbəti “Nadir şah”ı

Tanınmış yazıçı Eyvaz Zeynalo­vun “Nadir şah” romanı “Qanun” nəşriyyatında işıq üzü görüb.

Bu əsər müəllifin sayca 6-cı, həc­minə görə isə (568 səhifə) ən iri roma­nıdır. Təxminən, 5 ildən artıq müddətə ərsəyə gələn bu əsər Nadir şah haqqın­da indiyədək nəşr olunan romanlardan əhatəliliyi və tarixiliyi ilə fərqlənir. Ro­manda Nadir şahın həyatını, sərkərdə kimi yetişməsini, fatehliyini daha dolğun təsvir etmək üçün Rusiya, Osmanlı, Moğol imperiyalarında baş verən əlaqə­li hadisələr xüsusilə seçilir. Nadir şah tarixdə dinə, təriqətlərə münasibəti ilə fərqlənib və dini islahatlar keçirən başçı kimi yaddaşlara həkk olunub. Son nəfə­sinəcən sünni-şiə bölgüsünə qarşı mü­barizə aparıb. Fəth etdiyi ölkələrdə yerli əhali ilə humanist davranıb, insanların rəğbətini qazanıb.

Əsərdəki bəzi hadisələr yazıçının təxəyyülünün məhsulu kimi maraq do­ğurur. 

Hüseyn Arifə Güney sevgisi

Azərbaycan poetik epistolyar ədəbiyyatına aid nəşr edilən ilk kitab – “Arxada qalan illər” Xalq şairi Hü­seyn Arifin bir neçə gün sonra qeyd olunacaq 100 illiyinə töhfədir. 

Kitabda Güney Azərbaycanda yaşa­yan istedadlı şair və tədqiqatçı Sədyar Vəzifə Eloğlunun mərhum Hüseyn Ariflə olan mənəvi dostluq və ədəbi yaradıcı­lıq əlaqələrini əks etdirən xatirə və şeir­ləşmələri yer alıb. 

Bildiyimiz kimi, böyük Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya sa­lam” poemasının sərhədləri aşması ilə güclənən həsrət poeziyası Azərbayca­nın Quzeyi və Güneyi arasında xüsu­si bir şeirləşmə forması yaradıb. Yəni, aşıq ədəbiyyatında olduğu kimi, məktub ədəbiyyatında da Azərbaycan şairlə­ri biri-birinin üzünü görmədən, ancaq əsərləri ilə tanışlıq əsasında şeirləşir, ədəbi mühitlərinə səmimiyyət yaradan xoş təsirlər buraxırlar. “Arxada qalan il­lər” buna gözəl nümunədir.

104 səhifəlik kitabın tərtibçisi, elmi redaktoru və ön sözünün müəllifi AMEA-nın Nizami Cəncəvi adına Ədə­biyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qəndab Haqverdi Əliyevadır.

Ə.DOSTƏLİ
XQ



Mədəniyyət