“ANİMAFİLM Lənkəranda”

post-img

Cizgi və applikasiya filmlərini uşaqdan-böyüyə hamı maraqla izləyir. Lənkə­randa şəhər Mədəniyyət Mərkəzində keçirilən “ANİMAFİLM Lənkəranda” adlı festivala da seyrçilər böyük maraq göstəriblər. 

Azərbaycan Respublikası Mədəniy­yət Nazirliyinin dəstəyi və Animasiya Assosiasiyası İctimai Birliyinin təşkilat­çılığı ilə reallaşan festivalda ümumilikdə 900-dən çox azyaşlı və yeniyetmə iştirak edib. Onlar 29 film izləyib, səsvermədə iştirak ediblər. Tədbir çərçivəsində nü­mayişlərdən sonra geniş müzakirələr aparılıb və qaliblər müəyyənləşdirilərək mükafatlandırılıblar.

Mərasimdə Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağama­lıyev, Lənkəran Şəhər İcra Hakimiyyə­ti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva, Lənkəran-Astara Regi­onal Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və Lənkəran şəhər Mədəniy­yət Mərkəzinin direktoru Anar Kəkəyev çıxış edərək layihə haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, Animasiya Asso­siasiyası Azərbaycanda milli animasiya kino sənətinin inkişafına yardım etmək məqsədilə 2018-ci ildən etibarən Bakı şəhərində ANİMAFİLM Beynəlxalq Ani­masiya Festivalını keçirir. Ölkənin digər şəhərləri üçün nəzərdə tutulan bölmə “ANİMAFİLM festivalı regionlarda” ad­lanır. Bundan əvvəl layihə çərçivəsində Şəkidə və Naxçıvanda da tədbirlər real­laşıb.

Lənkəranda “Anidoc” adlı sənədli animasiya təlimləri də keçirilib. Rejissor­lar Nəzrin Ağamalıyeva və Elçin Hami Axundov 2 gün ərzində 10 nəfər iştirak­çıya film layihələrinin necə işləyib hazır­lanmasını, təqdim və istehsal olunmasını öyrədiblər.

XQ

Mədəniyyət