Mingəçevir teatrının qonşulara sovqatı

post-img

Bölgə teatrlarının Bakıda və ölkənin rayonlarında tamaşalarla çıxış etmələri ar­tıq gözəl ənənəyə çevrilib. Ötən şənbə və bazar günləri Mingəçevir Dövlət Dram Teatrı iki günlük qastrol səfərində olub. 

Zaqatala və Balakən rayonlarında qonaq olan teatrın yaradıcı kollektivi həm azyaşlılar, həm də böyüklər qarşısında tamaşalarla çıxış etmişlər. 

Teatrın aktyoru İlqar Rəhimovun (müəllif: A.Şaiq) quruluş verdiyi “Tık-tık xanım” kukla tamaşası azyaşlıların se­vincinə səbəb olub və iki gün ərzində uşaqlar üçün oynanılacaq tamaşaların sayı artırılıb. 

Hər iki rayonda axşam tamaşaların­da sənətsevərlər teatrın baş rejissoru, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Valeh Kərimovun quruluşunda yazıçı İsi Məlikzadənin “Subaylarınızdan görəsi­niz” əsərinin səhnə həlli ilə tanış olublar. Tanınmış sənətçi Valeh Kərimovla tama­şaçıların görüşü də maraqlı keçib. Görüş zamanı onun iştirak etdiyi müxtəlif tama­şalardan səhnəciklər də oynanılıb.

Qeyd edək ki, qastrol tamaşalarını rayon rəsmiləri də izləyib və sonda çıxış edərək məmnunluqlarını bildiriblər.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Mədəniyyət