Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 95 illiyinə həsr olunmuş konserti keçiriləcək

post-img

Mayın 24-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının səhnəsində Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun anadan olmasının 95 illiyinə həsr olunmuş konserti keçiriləcək.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bütün ömrünü uşaqlara həsr etmiş bəstəkarın xatirə gecəsi elə uşaqların iştirakı ilə qeyd olunacaq.

Proqramda Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru, “Güləbətin” vokal ansamblı bəstəkarın bir-birindən maraqlı dillər əzbəri olan mahnılarını ifa edəcək.

Mədəniyyət