Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Türkiyə Cümhuriyyətini təmsil edən nümayəndə heyəti Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.
Nümayəndə heyətinin tərkibinə Şimali Kipr Türk Cümhuriyyətində Diyanət İşləri Başqanlığı Strateji İnkişaf şöbəsinin müdiri Mustafa Irmaklı, Diyanət İşləri Başqanlığı Avrasiya ölkələri üzrə dairə başqanı Salih Gör, Diyanət İşləri Başqanlığı Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Enes Kaplan daxil idilər.
Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyinin xətti ilə təşkil olunmuş səfər çərçivəsində muzeyi ziyarət edən qonaqları səfirliyin Din Xidmətləri müşaviri İhsan Açık müşayiət edib.
Ziyarətçiləri muzeylə Ekspozisya şöbəsinin elmi işçisi İnarə Səfiyeva tanış edərək onlara Azərbaycan ədəbiyyatı haqqında ətraflı məlumat verib.
Muzeylə tanışlıqdan zövq alan nümayəndə heyəti muzey rəhbərliyinə və izahatçı İ.Səfiyevaya minnətdarlıqlarını bildirib.
Türkiyəli qonaqlar “Rəy kitabı”nda Azərbaycan xalqının qədim və zəngin ədəbiyyatının əks olunduğu muzey haqqında xoş sözlər yazıblar.
Qabil YUSİFOĞLU
XQ