“Xalçalarda yaşayan tariximiz”

post-img

Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam Taryer Bəşirovun 65 illik yubileyi münasibətilə “Xalçalarda yaşayan tariximiz” adlı fərdi sərgisi açılıb. Sərgidə bir çox incəsənət nümayəndələri, o cümlədən rəssamlar iştirak ediblər.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova çıxışında xalçalardan və onların incəsənətimizdəki yerindən danışıb, Taryer Bəşirovun yaratdığı xalçalarda Azərbaycan tarixini necə əks etdirdiyini vurğulayıb.

Sərgidə digər çıxış edənlər yubiley münasibətilə rəssamı təbrik edib, ona uğurlar diləyiblər.

Tədbir Heydər Əliyev Fondunun 20 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev Fondu-20” xalçasının təqdimatı və sərginin açıq elan edilməsi ilə yekunlaşıb.

Mayın 12-dək davam edəcək sərgi çərçivəsində Əməkdar rəssamın fəaliyyətinə həsr olunan mühazirə də keçiriləcək.

XQ

 

Mədəniyyət