Kinoda və teatrda xidmətlərinə görə...

post-img

Azərbaycan mədəniyyətinə əvəzsiz töhfələrini bəxş etdiyinə, milli incəsənət aləmində göstərdiyi xidmətlərinə görə görkəmli kino və teatr aktyoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professoru, Xalq artisti Məmmədsəfa Məmmədəli oğlu Qasımov “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan Dünyası” beynəlxalq dərgisinin birgə layihəsi olan “Vətən Övladı” ictimai ordeni ilə təltif edilib. 

Bu münasibətlə ADMİU-da keçirilən mərasimdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, tanınmış incəsənət nümayəndələri və media mənsubları iştirak edirdilər. 

Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova Məmmədsəfa Qasımovun geniş və çoxşaxəli yaradıcılığından danışdı, onun həm aktyor, həm də pedaqoq kimi yüksək keyfiyyətlərindən söz açdı, sənətkarı yeni mükafatı münasibətilə təbrik etdi. 

“Dədə Qorqud” Milli Fondunun prezidenti və “Azərbaycan Dünyası” beynəlxalq dərgisinin baş redaktoru və təsisçisi Eldar M.Qasımovun yüksək peşəkarlığa, sənətkarlıq xüsusiyyətlərinə malik, teatrda və kinodakı xidmətləri olan tanınmış incəsənət xadimlərimizdən biri kimi tanındığını dedi. O, “Vətən Övladı” ictimai ordeni və diplomu Xalq artisti Məmmədsəfa Qasımova təqdim etdi. 

M.Qasımov mükafata və keçirilən tədbirə təşəkkür etdi. 

Tədbirdə Xalq artisti Məmmədsəfa Qasımovun iştirak etdiyi “Cavid ömrü”, “Günaydın, mələyim!”, “Qütb ulduzu”, “Köhnə çamadanlar” və “Dolu” filmlərindən fraqmentlər nümayiş olundu. 

R.QURBANLI,  XQ

Mədəniyyət