“Kitab həyat kompasıdır”

post-img

Xəbər verdiyimiz kimi, bu günlərdə AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib. Təntənəli açılış mərasimi və panellərdə nəşr məhsulları və strategiyaları, çap problemləri, kitab və oxucu məsələsi kompleks şəkildə nəzərdən keçirilib.

Forum çərçivəsində “Azər­baycan Nəşriyyatları Assosiasiya­sı” İctimai Birliyi, AMEA, Təhsi­lin İnkişafı Fondu, Yunus Əmrə İnstitutu və “Hədəf Nəşrləri”nin birgə təşkilatçılığı ilə AMEA par­kında “Oxu Günü –10” layihəsi reallaşıb. Şənbə və bazar günlə­rinə təsadüf edən sərgi-festivala 40-a yaxın nəşriyyat, ondan çox kitab mağazası, 70-dən artıq ədə­biyyat və incəsənət xadimi qatılıb. 

Artıq ənənə halını almış “Oxu Günü”ndən məqsədi ölkədə kita­bçılığı inkişaf etdirmək, gənclərin intellektual mühitə adaptasiya­sını aktual saxlamaq, oxucu-ya­zıçı görüşlərini stimullaşdırmaq, endirimli kitablar təqdim etmək və bununla kitabın əhəmiyyətini cəmiyyətə aşılamaqdan ibarətdir. Elə “Kitab oxu, 1000 AZN qa­zan” marafonu da həmin məqsədə xidmət edib. Layihə “Gəlin, birgə oxuyaq!” devizi altında təşkil olu­nub.

Sərgi-festivalda şair və ya­zıçılar – Rüstəm Behrudi, Varis, Elxan Elatlı, İlqar Kamil, İlham Tumas, Elay, Tamerlan İsmayılza­də, Aynur Cavid, Ramil Əhməd, Məsudə Cabbar, Erix Qauzer, Fidan Cəfərzadə və başqalarının təqdimat və imza mərasimləri olub. III və IV “Kitabqurdu” Oxu Marafonunun müəllifləri – Şəmil Sadiq, Amin Sükut, Sevinc El­sevər, Elgüsel, Zahid Xəlil, Xə­yalə Murad, Rövşən Abdullaoğlu, Rafiq İsmayılov, Fatimə Alxaz, Rəşad Bayramov və Gülüş Xəli­lova da festivalda iştirak ediblər. 

Sərgidə kitabların ucuz satışı da təşkil edilib. “Ədəbi söhbət­lər”, “Ustad dəsləri”, uşaqlar üçün “Nağıl gecələri” hər kəsdə maraq doğurub. Çinarə Məlikzadə, Rö­yal Musa, eləcə də digər gənc ifa­çılar festivala rəng qatıblar. Eyni zamanda, qədimi xalçalar, mis­gərlik məmulatları və digər sənət nümunələri də sərgilənib.

“Oxu Günü-10”-un iştirakçı­larından aldığımız müsahibələri təqdim edirik. 

BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli:

– Sərgi-yarmarka elə bir dəyərli tədbirdir ki, kitab özü oxucunun hüzuruna gəlir. Bu böyük məkanda vaxt itirmədən istədiyin kitabı tapmaq olur. Ki­tab mənəvi tələbatdır, beynin və ruhun qidasıdır, buna görə də ki­tabdan əl çəkmək olmaz. Son 4–5 ildə Bakıda və respublikamızın digər yerlərində belə sərgi-yar­markaların təşkili çox önəmlidir. Məncə, hər şənbə və bazar günlə­ri açıq meydanlarda kitab sərgiləri keçirilsə, yaxşı olar. 

Elman Mustafazadə, kitab satıcısı:

– Əslində, bu gün burada oxu­cu kütləsi elə də çox deyil. Buna qədər 34 il yaşadığım Niderland­da ən kiçik şəhərdə belə kitab yar­markalarında, necə deyərlər, iynə atsan, yerə düşməz. İstərdik ki, burada da elə olsun. Amma Bakı­da kitab xiridarları üçün yaradılan şərait fərəh doğurur. İstənilən qə­dər kitab satışa çıxarılıb. 

Natiq Babayev, coğrafiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü:

– Mütaliəsiz insan həyatda inkişafdan qalır, bədii zövq baxı­mından irəliləyə bilmir. Kitab həyat kompasıdır, – desək, yanıl­marıq. Gərək bunu unutmayaq və kitablarla ünsiyyətimizi daha da artıraq. Bu baxımdan, belə sər­gi-yarmarkalar kitabsevərlər üçün əla fürsətdir. Seçim imkanı da ge­nişdir, kitablar da endirimlə təklif olunur. Bəyənilən təşəbbüsdür.

Valid Hüseynəliyev, kitab satıcısı:

– Sərgiyə uşaqlar daha çox gəlib. Elə ən çox satılan da uşaq ədəbiyyatıdır. Biz bunu çox yük­sək qiymətləndiririk. Sərgi oxucu üçün kitabları daha da əlçatan edir. Hər hansı bir mağazadan fərqli olaraq, burada qısa vaxtda 30–40 nəşriyyatın kitabları ilə tanış olmaq mümkündür. Belə sərgilərin təşkilini yüksək qiy­mətləndirirəm.

Uğur Qismətli, oxucu:

– Bu formatda kitabla ünsiy­yətin daim tərəfdarıyam. Burada təkcə Azərbaycan yazıçılarının deyil, dünya yazıçılarının da əsər­ləri yetərli qədərdir. Bu da dünya­görüşünün genişləndirilməsi üçün əla bir üsuldur. Ümid edirəm ki, belə tədbirlər daha çox keçirilə­cək və oxucuları cəlb edəcək. 

Ə.ƏLİYEV
XQ

Mədəniyyət