Səmərqənd şəhəri MDB-nin mədəniyyət paytaxtıdır

post-img

Qədim Səmərqənd şəhəri “MDB-nin mədəniyyət paytaxtı-2024” statusu alıb.

Mərasimdə  Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov, Müstəqil Dövlətlər Birliyi ölkələrinin musiqi kollektivləri, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edib. 

Bununla bağlı Həmid Əlimcan adına Səmərqənd vilayət Musiqili Dram Teatrında keçirilən təntənəli mərasimdə Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy öz təbriklərini çatdıraraq bildirib ki, 2750 yaşı olan qədim Səmərqənd, şəhərin çoxsaylı təkrarolunmaz abidələri, muzeyləri və digər mədəniyyət mərkəzləri bu qədim şəhəri bir illiyə yox, həmişəlik mədəniyyət paytaxtı edir. 

 Sonra Mixail Şvıdkoy “Səmərqənd-MDB-nin mədəniyyət paytaxtı-2024” sertifikatını şəhər rəhbərlyinə təqdim edib. 

Çıxışlarda bildirilib ki, il ərzində Səmərqqəndə MDB üzvü olan dövlətlərin iştirakı ilə müxtəlif konsertlərin, sərgilərin, festivalların keçirilməsi nəzərdə tutulur. 

Rəsmi hissədən sonra baş tutan konsert proqramında Azərbaycan, Özbəkistan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus və Türkmənistandan gələn musiqi kollektivləri çıxış edib. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Səmərqənd      

 

 

Mədəniyyət