Samir Nuriyevin Asiya İnkişaf Bankı departamentinin Baş direktoru ilə görüşü

post-img

Aprelin 5-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov ilə görüşüb. 

Görüşdə Azərbaycanla Asiya İn­kişaf Bankı arasında əməkdaşlıq və COP29-a hazırlıq prosesi barədə fikir mübadiləsi aparılıb. 

Samir Nuriyev bu il Azərbaycanın Asiya İnkişaf Bankı ilə əməkdaşlığının 25 illiyinin tamam olduğunu bildirib və ölkəmizin bu əməkdaşlığı yüksək qiy­mətləndirdiyini diqqətə çatdırıb. Prezi­dent Administrasiyasının rəhbəri ölkə­mizdə yaşıl keçid gündəliyinin inkişafı istiqamətində həyata keçirilən layihələri qeyd edib. 

COP29 üzrə Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə COP29-a hazırlıq işlərinə toxunaraq ölkəmizin bu mötəbər tədbirin yüksək səviyyədə təşkil olunması istiqamətin­də aparılan işlər barədə həmsöhbətinə məlumat verib. 

Yevgeni Jukov COP29-un ev sahi­bi seçilməsi münasibətilə Azərbaycanı təbrik edərək, COP29 sədrliyi tərəfin­dən qısa müddət ərzində görülən iş­lərin təqdirəlayiq olduğunu deyib. O, Asiya İnkişaf Bankının COP29-la bağlı ölkəmizlə sıx əməkdaşlıq etmək və tex­niki dəstək göstərmək niyyətində oldu­ğunu bildirib. 

Y.Jukov Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, yaşıl keçid sahəsində qazanılmış nailiyyətlərlə bağlı məm­nunluğunu ifadə edib və Asiya İnkişaf Bankının bu prosesə töhfə verməyə hazır olduğunu vurğulayıb.

XQ

Son xəbərlər