44 günün 444 cəngavərinin çağdaş dastanı

post-img

Dünən Azərbaycan MEA-nın Mərkəzi Elmi Kita­bxanasının “Akademik” zalında Zəfər ab-havası duyuldu, vətənpərvərlik, qürur və şərəf hissləri yaşandı...

Azərbaycanın ilk qadın hərbi müxbiri, Əməkdar jur­nalist Əntiqə Qonağın “44 günlük savaşın 444 cəngavə­ri” üçcildliyinin təqdimat mə­rasiminə millət vəkilləri, alim­lər, şəhid və qazi ailələrinin üzvləri, müharibə veteranları, eləcə də müəllifin həmkarları olan media nümayəndələri toplaşmışdı. 

Tədbirə moderatorluq edən tanınmış jurnalist və ictimai fəal Azər Həsrət çıxı­şında Əntiqə Qonağın İkinci Qarabağ müharibəsinin qəh­rəmanlarından bəhs edən “44 günlük savaşın 444 cən­gavəri” üçcildliyini nadir toplu adlandıraraq, bu nəşrin gələ­cək nəsillər üçün çağdaş ta­riximizin salnaməsi olacağına əminliyini bildirdi. Azərbay­can MEA-nın Mərkəzi Elmi Kitabxanasının direktorunun müavini Şəhla Tahirqızı üç­cildliyin təqdimat mərasiminin aprel döyüşlərinin 8-ci ildönü­mü ilə üst-üstə düşməsinin rəmzi məna daşıdığını, bu nəşrlərin kitabxananın qızıl fondunda layiqli yer tutacağı­nı nəzərə çatdırdı. 

Milli Məclisin deputatı Vahid Əhmədov üç kitabdan ibarət qəhrəmanlıq salnamə­sinin müəllifi Ə.Qonağı hərbi jurnalist, respublika prokuror­luğunun sabiq əməkdaşı və yazıçı kimi yaxından tanıdığı­nı, onun şəhidlər, qazilər, mü­haribə qəhrəmanları barədə çoxsaylı məqalələrin müəllifi olaraq çox gərəkli iş gördü­yünü, belə əsərlərin daha çox yazılması zərurətini qeyd etdi. Millət vəkili V.Əhəmədov həmçkinin, bu kateqoriyadan olan ailələr üçün bir çox qa­nunlarının qəbulunu da vacib saydı. 

Müəllifə Bakı Dövlət Uni­versitetində dərs demiş do­sent Sona Çərkəz tədbirdəki çıxışında müharibənin bütün ağrı–acısını şəxsən yaşamış Əntiqə Qonağın qələmə al­dığı “44 günlük savaşın 444 cəngavəri” üçcildliyini gənc nəslin hərbi–vətənpərvərlik ruhunda tərbiyəsində, Vətən qəhrəmanlarının yeni nəsilə tanıdılmasında müstəsna əhəmiyyətə malik olduğunu xüsusi olaraq vurğuladı. 

Təqdimat mərasimində çıxış edən millət vəkili Vüqar İsgəndərov müharibə qəhrə­manları haqqında nəşrlərin daha çox xanım müəlliflər tərəfindən ərsəyə gətirilməsi­nin ayrıca məna kəsb etdiyinə diqqət çəkərək, milli önəm daşıyan bu əsərlərin xarici dil­lərə çevrilməsi, ekranlaşdırıl­ması məsələsinə də toxundu. 

Daha sonra çıxış edənlər – Qarabağ müharibəsi vete­ranı, mayor, Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayən­dəsi Tariyel Didarov, ehtiyatda olan polkovnik Şair Ramalda­nov, prokurorluq orqanları­nın keçmiş əməkdaşı Zahid Vəliyev “Zəfəri qazanan xalq xoşbəxt xalqdır...”, “Döyüş meydanını qalib kimi tərk edənlərin salnaməsi...”, “Bu çoxcildlik ordumuzun gələcək əsgərlərinə qəhrəmanlıq das­tanı, ərmağandır...” tezislə­rinə köklənmiş fikrilərini tədbir iştirakçıları ilə bölüşdülər. 

“44 günlük savaşın 444 cəngavəri” üçcildliyinin müəl­lifi Əntiqə Qonaq tədbirin so­nunda çıxış edərək, toplunun ərsəyə gəlməsində əməyi və dəstəyi keçən hər kəsə, eləcə də mərasimə təşrif buyuran­lara minnətdarlığını bildirdi.

İ.HƏSƏNQALA
XQ

Mədəniyyət