Britanioyalı dinşünas, filosof və publisist Karen Armstronq bu kitabı 30 il əvvəkl yazıb. İndi artıq Azərbaycan oxucusu da bu əsəri oxumaq imkanı əldə edib.
Kitab ilkin dövr Tanrılarından başlayaraq, hər cür inancla bağlı Allah məfhumunu əhatə edir. Müqəddəs mətnlərdəki, mifoloji kitablardakı ifadələrdən, fərqli dini məlumatlardan, elm adamlarının, filosofların, hətta saxta peyğəmbər və təriqət başçılarının yazılarından gətirilən misallarla insan ruhundakı Tanrı həqiqətinin 4000 il ərzində neçə mərhələdən keçdiyi obyektiv şəkildə göstərilir. Müəllif, eyni zamanda, din mövzusunun hansı mərhələlərdən keçərək indiki şəklə gəldiyini də ətraflı izah edir.
Əsərin çatdırmaq istədiyi məlumatlara yetişmək üçün yüzlərlə mənbədən xəbərdar olmaq tələb edilə bilərdi. Burada isə Karen Armstronq klassik fəlsəfə və orta əsr mistizmindən müasir skeptizm dövrünə qədər olan mərhələni təsvir edən təkallahlı dinin tarixini ardıcıllıqla nəzərdən keçirir, yəhudilik, xristianlıq və İslam ənənəsini mərhələ-mərhələ araşdırır, müqəddəs kitablardan sitatlar gətirərək, topladığı bütün məlumat və araşdırmaları bir kitabda cəmləşdirib təqdim edir.
Ə.DOSTƏLİ
XQ