Yurdumuzun şöhrətli bahar övladları

post-img

Bahar öz gəlişi ilə el-obaya bol ruzi-bərə- kət gətirdiyi kimi, bir çox ailədə gələcək məşhurların dünyaya gəlişi ilə də əlamətdar olub. 

“Bahar fəsli, yaz ayları gələndə, Süsənli-sünbüllü, lalalı dağlar...”  deyən Aşıq Ələsgər, “Bahar, istəklimsən başdan-binadan, ”  deyən Səməd Vurğun, “Dəli Kür” romanında Novruz bayramını təmtəraqla təsvir edən İsmayıl Şıxlı, Təbrizin küçələri dolanbadolan...” deyə “Qaragilə”ni səsləyən Rübabə Muradova,.. daha neçə gökəmli sənətkarımız məhz bu bayram günlərində işıqlı həyata göz açıblar.

Təqvim üzrə məhz martın 2022-də yubileyləri qeyd edilən məşhurları yada salaq. Onlardan ən “qocaman”ı Teymurləngin nəvəsi  riyaziyyatçı, astronom, böyük alim və hökmdar Mirzə Uluqbəy düz 630 il əvvəl əncanda doğulub. Xatırladaq ki, məşhur Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mötəbər kataloq sayılıb.

Görkəmli pedaqoq, şair Məhəmməd Tağı Sidqi 22 mart 1854-cü ildə Ordubadda anadan olub (170 yaş). Onun ideyaları XIX əsrin sonları XX əsrin əvvəllərinin maarifçilik hərəkatının və  maarifçi-realist ədəbiyyatın mühüm hadisəsidir. 

Bu gün məşhur opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycan peşəkar musiqi teatrının banilərindən biri, Xalq artisti üseynqulu Sarabskinin 145 yaşı tamam olur. 

İlk mənzuməsi 1915-ci ildə  “Məktəb” jurnalında çap olunmuş Bahar şeiri olan görkəmli dramaturq Cəfər Cabbarlı isə 1899-cu il martın 20-də Xızıda anadan olub. Onun “Bayram saxlayanlara” və “Novruz bayramına hazırlaşan müsəlmana töhfə” adlı şeirləri də var. 

Düz 115 il əvvəl martın 22-də Qazaxın Şıxlı kəndində dünyaya gələn Mehdi Hüseyn Stalin mülkafatı laureatı olub, Xalq yazıçısı fəxri adına layiq görülüb. Ondan 10 il sonra bu kənd milli ədəbiyyatımıza daha bir Xalq yazıçısını  İsmayıl Şıxlını bəxş edib. 

“Arşın mal alan”ın Vəlisi, “Beş manatlıq gəlin”in Möhsünü, “Toy kimindir?"in Qoşusu, “Bizə bircə xal lazımdır”ın Səbrəlisi, “ Hicran”ın Mitoşu  Xalq artisti Lütvəli Abdullayev isə 1914-cü il martın 22-də Şəkidə anadan olub.

Ə.DOSTƏLİ

XQ

Mədəniyyət