Poliqonda  bayram şənliyi

post-img

Tovuz rayonu ərazisində yerləşən “N” saylı hərbi hissənin poliqonunda bayram tədbir keçirilib. 

Tədbirdə Tovuz Rayon İcra hakimiyyətinin başçısı Məmməd Məmmədov, korpus komandiri, polkovnik Oruc Abdullayev, əsgər və zabitlər iştirak ediblər. 

Məmməd Məmmədov Novruz bayramı münasibətilə hərbi hissənin əsgər və zabitlərini təbrik edərək deyib ki, Novruz bayramı ənənələrinin qorunub saxlanılması milli-mənəvi dəyərlərimizə hörmət və sevginin təzahürüdür. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi olaraq ölkəmizdə Novruz ümumxalq və dövlət bayramı səviyyəsində qeyd edilir. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse- prezident Mehriban xanım Əliyevanın apardığı uğurlu siyasət nəticəsində Novruz bayramı beynəlxalq səviyyədə tanınan bayrama çevrilmişdir. 

Bu il bütün xalqımız kimi, Azərbaycan Ordusu da Novruz bayramını Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin yaratdığı yeni reallıqlar şəraitində qarşılayır. İndi bu ordu dünyanın ən güclü orduları sırasındadır. Bunu 44 günlük Vətən müharibəsi və antiterror tədbirlərində əldə etdiyimiz Böyük Qələbə bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın Zəfər tarixi yazıldı, torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. 

Çıxış edən korpus komandiri polkovnik Oruc Abdullayev şəxsi heyəti bayram münasibətilə səmimi qəlbdən təbrik edərək, onlara cansağlığı və xidməti fəaliyyətlərində uğurlar diləyib. 

Rəmzi tonqal alovlandırıldıqdan sonra tədbir bayram şənliyi ilə davam edib.

H.QASIMOV

XQ-nin bölgə müxbiri

Sosial həyat